Avropa Liqasının püşkü atıldı: “Beşiktaş” “Lion”la, “Anderlext” “Mançester Yunayted”lə qarşılaşacaq | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasının püşkü atıldı: “Beşiktaş” “Lion”la, “Anderlext” “Mançester Yunayted”lə qarşılaşacaq

17:07 - 17 / 03 / 2017
Avropa Liqasının püşkü atıldı: “Beşiktaş” “Lion”la, “Anderlext” “Mançester Yunayted”lə qarşılaşacaq

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünüb.

Püşkatmanın nəticəsində Türkiyənin mübarizəni davam etdirən yeganə komandası “Beşiktaş”ın da rəqibi bəlli olub. Belə ki, kor püşk “ağ-qaralar”a Fransa təmsilçisi “Lion”u rəqib seçib.

Avropa Liqası

1/4 final

(13 və 20 aprel)

“Anderlext” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)

“Selta” (İspaniya) - “Genk” (Belçika)

“Ayaks” (Hollandiya) - “Şalke” (Almaniya)

“Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə)

1news.az

Paylaş:
996

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər