Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesi”ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesi”ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir

11:34 - 17 / 03 / 2017
Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesi”ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir

Martın 17-də Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesi”ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, iclasda çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik Departamentinin rəisi Qaya Məmmədov ölkəmizin bu prosesə 2012-ci ildən qoşulduğunu və bu il “İstanbul prosesi”nə həmsədrlik etdiyini deyib. O, iclasda görülmüş işlərlə bağlı hesabatların veriləcəyini və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunacağını deyib.

Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzayi ölkəsinin vacib tərəfdaşı olan Azərbaycanın bu il “Asiyanın Qəlbi- İstanbul prosesi”nə həmsədrlik etməsindən məmnunluğunu bildirib. O deyib ki, beynəlxalq nüfuzu və malik olduğu imkanlar nəzərə alınaraq Azərbaycan 2012-ci ildə bu prosesə dəvət edilib. Azərbaycan bizim birgə səylərimizin dəstəklənməsində vacib rol oynayır. Proses iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin bu ilin sonunda keçirilməsi nəzərdə tutulan görüşünün təşkilinə görə Azərbaycana təşəkkür edirik. Həmçinin ötənilki yaxşı sədrliyə görə Hindistana təşəkkür edirik. Proses ölkələri regionda iqtisadi layihələri və ticarəti gücləndirməlidir. Həmçinin ölkələr arasında siyasi dialoqu təbliğ etmək vacibdir. Əminəm ki, bu proses Əfqanıstan və proses iştirakçısı olan digər ölkələrdə sülh və stabilliyin təmin olunmasında böyük rol oynayacaq.

Hikmət Xəlil Kərzayi Azərbaycanın Əfqanıstanda sülh və əmin-amanlığın təmin olunmasında böyük rol oynadığını vurğulayıb.

1news.az

Paylaş:
522

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər