Könül Mehtiyeva Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb | 1news.az | Xəbərlər
Futbol

Könül Mehtiyeva Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb

12:47 - 17 / 03 / 2017
Könül Mehtiyeva Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Hollandiyada keçiriləcək 1-ci qrupunun oyunlarına təyinat alıb.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Mehtiyeva martın 27-dən aprelin 1-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda Hollandiya, Avstriya, İsveçrə və Sloveniya yığmaları mübarizə aparacaq.

1news.az

Paylaş:
913

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər