İlham Əliyev Tunisli həmkarına məktub yazıb
Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Beji Kaid əs-Sebsiyə məktub yazıb.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:
“Tunis Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Tunis xalqına sülh və rifah arzulayıram”.
1news.az
618