“Roskosmos”un rəhbəri həbsxanada qətlə yetirilib | 1news.az | Xəbərlər
Dünya

“Roskosmos”un rəhbəri həbsxanada qətlə yetirilib

17:07 - 18 / 03 / 2017
“Roskosmos”un rəhbəri həbsxanada qətlə yetirilib

Dələduzluq maddəsi ilə həbs olunan "Roskosmos" korporasiyasının icraçı direktoru Vladimir Yevdokimov Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən cəzaçəkmə müəssisəsində ölü tapılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Interfax" agentliyi öz mənbələrinə istinadən yazır.

Bildirilir ki, ölümün səbəbləri araşdırılır.

İnformasiyanı Cəzaların İcrası Federal Xidməti təsdiqləyib.

Rusiya İstintaq Komitəsinin Moskva İdarəsindən isə bildirilib ki, V.Yevdokimov aldığı bıçaq yaralarından ölüb.

"Roskosmos"un bəyanatında isə bildirilir ki, dövlət korporasiyası hadisənin hərtərəfli araşdırılmasını tələb edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

1news.az

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər