Bakıda “Agromall Yaşıl Market” yarmarkası açılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Agromall Yaşıl Market” yarmarkası açılıb

17:19 - 19 / 03 / 2017
Bakıda “Agromall Yaşıl Market” yarmarkası açılıb

Martın 19-da Nəsimi rayonunda, 3-cü mikrorayon ərazisində dövlətin güzəştli maliyyə dəstəyi ilə “Agromall Yaşıl Market” yarmarkasının açılışı olub.

1news.az-ın məlumatına görə, açılış mərasimində Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak ediblər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkanın açılışının böyük əhəmiyyət daşıdığını bildirərək qeyd edib ki, məqsəd istehsalçıların bazara birbaşa çıxışının təmin olunmasından ibarətdir.

Qeyd olunub ki, yarmarkada satıcılar və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb, yarmarka ən müasir texniki avadanlıqlarla təchiz olunub.

Yarmarkada yerlər fermerlerə heç bir ödəniş olmadan verilir. Bu isə fermerlərə öz məhsullarını əhaliyə daha ucuz qiymətə çatdırmağa imkan verir. Vətəndaşlar isə keyfiyyətli məhsulları birbaşa istehsalçıdan almaq imkanı qazanırlar. Beynəlxalq təcrübədə geniş tətbiq olunan belə yarmarkalar fermerlər tərəfindən də müsbət qarşılanır.

Belə yarmarkalar səmərəli olacağı təqdirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə onların genişləndirilməsi və digər ərazilərdə də açılması nəzərdə tutulur.

1news.az

 

Paylaş:
1704

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər