İçərişəhərdə “Bahar qalası” adlı Novruz şənliyi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İçərişəhərdə “Bahar qalası” adlı Novruz şənliyi keçirilib

20:01 - 19 / 03 / 2017
İçərişəhərdə “Bahar qalası” adlı Novruz şənliyi keçirilib

Martın 19-da İçərişəhərdə, Qoşa Qala qapısı yaxınlığında “Bahar qalası” adlı Novruz şənliyi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq, bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini təşkil edib. U şənlikdə təkcə paytaxt sakinləri deyil, Novruz bayramını qeyd edən ölkələrin nümayəndələri də iştirak ediblər.

İran, Türkiyə, Rusiya, Qazaxıstan, Hindistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Tacikistandan gəlmiş nümayəndələrin birgə iştirakı ilə Qoşa Qala qapısı meydanında “Meydan bazarı” təşkil olunub. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdikləri “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və oyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunub. Qonaqlar, həmçinin müxtəlif ölkələrin milli mətbəxinin ləziz nümunələri ilə tanış ola, eləcə də Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dada biliblər.

Şənlikdə qoca, cavan, uşaqlar və şəhərimizin qonaqları bir-birindən maraqlı çoxsaylı Novruz bayramı ayinlərində iştirak ediblər. Səhər saatlarından başlayaraq pəhləvanlar, kəndirbazlar və sehrbazlar öz məharətlərini göstəriblər. Bədii və tarixi personajların, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artırıb. Rəngarəng konsert proqramında ayrı-ayrı ölkələrin mahir ifaçıları çıxış ediblər. Əlvan geyimli hind rəqqasları, dadlı Qazaxıstan təamları, nəfis Azərbaycan, rus, gürcü milli xörəkləri sakinlərə və qonaqlara unudulmaz anlar bəxş edib.

Meydanda, həmçinin muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndirilib, Dövlət Nəfəs Alətləri, habelə estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları maraqlı ifalarla çıxış ediblər.

1news.az

 

Paylaş:
810

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər