Franko Frattini: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr yerinə yetirilməlidir | 1news.az | Xəbərlər
Siyasət

Franko Frattini: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr yerinə yetirilməlidir

13:18 - 20 / 03 / 2017
Franko Frattini: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr yerinə yetirilməlidir

Qlobal Bakı Forumu dünyada tüğyan edən münaqişələrin müzakirəsi baxımından olduqca əlverişlidir. Şübhəsiz ki, dünyanın bir çox qaynar nöqtələrində gərginliklər artmaqdadır. Bütün bunların fonunda məni bir avropalı olaraq, Avropanın gələcəyi narahat edir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu sözləri V Qlobal Bakı Forumunun iştirakçısı, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini bildirib.

Azərbaycan ilə İtaliya arasında əlverişli sıx əlaqələrin mövcud olduğunu deyən F.Frattini TAP layihəsi ilə bağlı da fikrlərini bölüşüb:

“TAP layihəsi ilə biz münasibətlərimizi daha da irəliyə apardıq. Layihə ilə bağlı işlər ardıcıllıqla, qrafik üzrə davam edir. Əməkdaşlığımız müxtəlif sahələrdə yüksək səviyyədədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə İtaliyada mədəniyyətin təbliği istiqamətində silsilə tədbirlər keçirilməkdədir. Mehriban xanımın İtaliyada dünya mədəni irsinin qorunmasına verdiyi töhfələr böyükdür”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan F.Frattini bildirib ki, son hadisələr Dağlıq Qarabağ münaqişəsinin necə təhlükəli olduğunu bir daha sübut etdi. Münaqişənin həlli ilə bağlı BMT-nin qətnamələri mövcuddur. Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi BMT, ATƏT və digər qurumların bu problemin həlli ilə bağlı mövqeləri bəllidir. Sadəcə həmin qərar və qətnamələr yerinə yetirilməlidir”.

1news.az

 

Paylaş:
685

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər