Bahar Azərbaycana qədəm qoyub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bahar Azərbaycana qədəm qoyub

14:41 - 20 / 03 / 2017
Bahar Azərbaycana qədəm qoyub

Azərbaycana bahar gəlib.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun APA-ya verdiyi məlumata görə, bahar martın 20-si saat 14:29 radələrində ölkəyə qədəm basıb.

O bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib.

Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub.

“Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir”, - deyə X. Mikayılov qeyd edib.

 1news.az

 

Paylaş:
1451

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər