Salyanda maşın hasara çırpılıb: Sürücü ölüb, sərnişin xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda maşın hasara çırpılıb: Sürücü ölüb, sərnişin xəsarət alıb

15:08 - 20 / 03 / 2017
Salyanda maşın hasara çırpılıb: Sürücü ölüb, sərnişin xəsarət alıb

Salyan rayonunda  ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 20-də saat 2 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində rayon sakini Fərhad Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
698

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər