Bakıda kişi Facebook-a görə arvadını boşadı
Bakıda qeyri-adi səbəbə görə ailə dağılıb.
1news.az xəbər verir ki, qadının hüquqlarını müdafiə edən vəkil Xəyal Bəşirli bildirib ki, Facebook-da arvadının başqa kişilərin statuslarını “like” etdiyini görən ər boşanmaq üçün məhkəməyə müraciət edib.
“Məsələni araşdırdıqda məlum oldu ki, profilində qadının bir dənə də fotosu olmayıb. Bundan başqa o başqa kişilərin yazdığı statusları çox nadir hallarda, həm də şərh vermədən “bəyənib”. Əri isə bunu xəyanət kimi qiymətləndirərək məhkəməyə müraciət edib”- deyə, X.Bəşirli deyib.
Vəkilin sözlərinə görə, istisna edilmir ki, ər arvadından çoxdan ayrılmaq fikrində olub. Facebook isə bunun üçün yaxşı bəhanə olub.
Qeyd edək ki, son zamanlar ölkəmizdə sosial şəbəkədən istifadəyə görə boşanma hallarının sayı xeyli artıb. Belə ki, təkcə keçən il Facebook-a görə 3 mindən çox ailə dağılıb.
1news.az