Hamamdan açar oğurlayaraq maşın qaçıran şəxslər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Hamamdan açar oğurlayaraq maşın qaçıran şəxslər tutulub

16:53 - 20 / 03 / 2017
Hamamdan açar oğurlayaraq maşın qaçıran şəxslər tutulub

Başqasının avtomobilini qaçıran şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, martın 19-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki hamamlardan birində dolabdan 150 manat pul, “Mitsubishi” markalı avtomobilin açarları oğurlanıb və avtomobil qaçırılıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elçin Qəhrəmanov və Azər Həmidov tutulublar.

1news.az

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər