Bakıda 3, Bərdədə isə 5 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3, Bərdədə isə 5 otaqlı ev yanıb

14:08 - 21 / 03 / 2017
Bakıda 3, Bərdədə isə 5 otaqlı ev yanıb

Bakıda yerləşən evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğndan mühafizə olunub.

Bundan başqa, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 168 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 25 m2 və ev əşyaları 7 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
730

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər