Azərbaycan – Almaniya oyununu idarə edəcək hakimlər müəyyənləşib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan – Almaniya oyununu idarə edəcək hakimlər müəyyənləşib

11:56 - 22 / 03 / 2017
Azərbaycan – Almaniya oyununu idarə edəcək hakimlər müəyyənləşib

Millimizin DÇ-2018-in  seçmə mərhələsində Almaniya ilə keçiriləcək oyunu üçün hakim təyinatları açıqlanıb.

1news.az-ın məlumatına görə, oyunu italiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Daniele Orsato olacaq. Ona Mauro Tonolini və Rikkardo Di Fiore kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Quida yerinə yetirəcək.

Qeyd edək ki, martın 26-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq.

1news.az

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər