OVS brendindən rəsmi məktub
Daha əvvəl söz verdiyimiz kimi, məsələ ilə bağlı OVS şirkətinin baş ofisi tərəfindən göndərilmiş rəsmi açıqlamanı diqqətinizə çatdırırıq.
Bütün aidiyyatı şəxslərə,
Bizə, OVS-ə məxsus “Cargo Printed” modeli altında xüsusi 26PAN28P saylı malla bağlı məlumat daxil olmuşdur.
Belə ki, bizə bildirilmişdir ki, etiketdə əks olunan məlumatlarda istehsal ölkəsi qismində Ermənistan göstərilmişdir.
Bizim Keyfiyyətə Nəzarət Departamenti OVS-ə məxsus olan həmin mallara yoxlanış aparmış və OVS, bununla, bütün qanuni prosedurları nəzərə alaraq və rəsmi olaraq, bəyan edir ki, OVS-in Ermənistanda heç bir istehsal fəaliyyəti olmadığı üçün malın mənşə ölkəsi Banqladeşdir.
Hər hansı sualınız yarandığı zaman bizimlə əlaqə saxlayın.