Azərbaycanlı futbolçu ispan, çex və argentinalıyla bir komandada oynayacaq - FOTO
Bu gün UEFA çempionlar Liqasının və 2018-ci il futbol üzrə dünya Çempionatının rəsmi sponsoru olan "Qazprom"Sankt-Peterburqda (Rusiya) 2017-ci il 26 iyundan 3 iyula qədər keçiriləcək "Dostluq üçün futbol" Beynəlxalq uşaq sosial layihəsinin beşinci mövsümünün başlanmasını elan etdi.
1news.az-ın verdiyi xəbərə görə, 2017-ci ildə layihənin coğrafiyası əhəmiyyətli dərəcədə genişləndi: iştirakçı ölkələrin sayı iki dəfə - 32-dən 64-ə qədər artdı. İlk dəfə "Dostluq üçün futbolda" Meksikadan və ABŞ-dan uşaqlar iştirak edəcəklər. Beləliklə, layihə dörd qitənin Afrika, Avrasiya, Şimali Amerika və Cənubi Amerikanın gənc futbolçularını özündə birləşdirdi.
Beşinci mövsüm yeni formatda keçəcək. Müxtəlif ölkələrin futbol klublarını təmsil etmiş komandaların yerinə gənc futbolçular DostluqYığmaları adlı səkkiz beynəlmiləl yığmada birləşdiriləcək.
Bu gün açıq püşkatma zamanı yığmaların ölkə heyəti, həmçinin iştirakçı ölkələrin nümayəndələri üçün oyun mövqelərimüəyyən edilmişdir. Oyunçuların fərdi seçilməsi "Dostluq Estafeti" çərçivəsində keçiriləcək. "Dostluq üçün futbol" layihəsinin beynəlxalq təşkilat komitəsi milli futbol federasiyaları ilə birgə 2017-ci ildə öz ölkələrini təqdim edəcəkgənc futbolçuları seçəcəklər. Səkkiz nəfərdən ibarət komandalar həmçinin, məhdudlaşdırılmış imkanlara malik 12-14 yaşda oğlanlarvə qızlardan formalaşdırılacaq.
Püşkatma internet-konfrans rejimində keçdi. Pükatma zamanı məlum oldu ki, azərbaycanlı futbolçu Sinqapur, İspaniya, Boliviya, Bolqarıstan, Argentina, Çexiya və Liviyadan olan oyunçularla birgə oynayacaq.
Mərasimdə Dostluq Yığmalarının gənc məşqçiləri iştirak edirdilər: Mixail Babiç (16 yaş, Rusiya), Rene Lampert (15 yaş, Sloveniya), Stefan Maksimoviç (15 yaş, Serbiya), Felipe Soares (17 yaş, Portuqaliya), Çarli Sui (12 yaş, Çin), Elvira Xersoq (16 yaş, İsveçrə), İqor Qritsyuk (14 yaş, Ukrayna) və Brendon Şabani (15 yaş, BöyükBritaniya), həmçinin layihənin Beynəlxalq mətbuat mərkəzinin nümayəndəsi Liliya Matsumoto (15 yaş, Yaponiya).
“Mən 2016-cı il mövsümündə oyunçu kimi iştirak edirdim. Hesab edirəm ki, layihənin bir hissəsi olmaq böyük uğurdur və bu, layihənin hər bir gənc səfiri üçün yeni imkanlar açır. Əgər mənim 12 yaşım olsaydı, mən yeni mövsümün iştirakçısı olmaq üçün və başqa uşaqlarla birlikdə futbol meydançasında topu vurmaq üçün hərşey edərdim!”- deyə "Maribor" FK-nun gənclərdən ibarət heyətinin əsas oyunçusu Rene Lampert dedi.
Aprelin 25-də Beynəlxalq Futbol və Dostluq gününün qeyd edilməsi çərçivəsində proqramın iştirakçılarına onminlərlə uşaq və böyüklər qoşulacaq. Onlardan hər biri layihənin rəsmi simvolu olan, göy və yaşıl rəngdə iki sadə sapdan ibarət olan və tolerantlığın, bərabərliyin və sağlam həyat tərzinə sadiqliyin simvolu olan Dostluq Qolbağını bağlayacaqlar.
1 iyulda Sankt-Peterburqda Dostluq üçün Futbol üzrə Beynəlxalq Çempionat keçiriləcək ki, bunun çərçivəsində müxtəlif milliyyətli, cinsli və fiziki imkanlara malik gənc oyunçulardan
2 iyulda Beşinci Beynəlxalq "Dostluq üçün futbol" Forumu keçiriləcək ki, burada uşaqlar məşhur futbolçularla və jurnalistlərlə birgə müxtəlif ölkələrdə layihənin dəyərlərinin irəlilənməsi məsələlərini birlikdə müzakirə edəcəklər.
"Dostluq üçün futbol" layihəsinin beşinci mövsümünün sonunda Forumun iştirakçıları "Sankt-Peterburq Arena" stadionunda Konfederasiyalar Kuboku - 2017 final matçında iştirak edəcəklər.
Ənənəvi olaraq bütün mövsüm dövründə Beynəlxalq uşaq mətbuat mərkəzi işləyəcək. Gənc jurnalistlər böyük müxbirlərlə bərabər bütün əsas tədbirlərdə iştirak edəcəklər.
"Qazprom“ gələcəyə istiqamətlənmiş qlobal layihələri həyata keçirir və "Dostluq üçün futbol" buna çox uyğundur. Cəmi dörd il ərzində iştirakçı ölkələrin sayı səkkiz dəfə artdı. Bu il Sankt-Peterburqda bütün dörd qitədən gənc futbolçular görüşəcəklər. Bu o deməkdir ki, bizim sosial layihəmizin dəyərləri bütün planetdə uşaqlar və yeniyetmələr üçün aydındır və əhəmiyyətlidir", — deyə "Qazprom“ İSC-nin idarə heyətinin sədri Aleksey Miller qeyd edib.
"Qazpromun" təşəbbüsü bütün dünyadakı uşaqların eşidilməsinə imkan verir. Biz "Dostluq üçün futbolun" məqsəd və əsas dəyərlərini 100 faiz dəstəkləyirik. Biz futbol üzrə FIFA 2018 dünya Çempionatına qədər proqramın təşkilat komitəsinin bütün təşəbbüslərinə köməklik göstərməyə çox şadıq", — deyə FİFA-nın kommersiya direktoru Filipp Le Flok dedi.
Məlumat
Uşaqlar üçün Beynəlxalq sosial "Dostluq üçün futbol" proqramı qlobal sosial "Qazprom – uşaqlara" proqramı çərçivəsində "Qazprom" İSC tərəfindən həyata keçirilir. Layihənin məqsədi, uşaq futbolunun inkişafı, müxtəlif ölkələrdən olan uşaqlarda müxtəlif mədəniyyətlərə və milliyyətlərə münasibətdə tolerantlığın və ehtiramın tərbiyə edilməsidir. İştirakçıların dəstəklədikləri və irəli çəkdikləri əsas dəyərlər, dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.
Layihənin əsas hadisəsi illik "Dostluq üçün futbol" Beynəlxalq uşaq forumudur ki, burada müxtəlif ölkələrdən gənc futbolçular toplanırlar və KİV nümayəndələri və məşhur futbolçularla birgə bütün dünyada dəyərlərə riayət olunması məsələlərini müzakirə edirlər.
"Dostluq üçün futbol" layihəsinin xüsusi mükafatı, doqquz dəyər Kubokudur. Bu layihənin dəyərlərini həyata keçirən sosial təşəbbüslərin reallaşdırılmasına görə hər il peşəkar futbol klublarından birinə verilən unikal trofeydir. Qalib layihənin gənc səfirləri tərəfindən "Dostluq üçün futbol" layihəsinin bütün iştirakçı ölkələrində keçirilən səsvermə yolu ilə seçilir.
Hər il bütün dünyada minlərlə iştirakçı layihəyə qoşulur. Layihənin həyata keçirilməsi ərzində onun coğrafiyası— 2013-cü ildə 8 ölkədən 2017-ci ildə 64 ölkəyə qədər əhəmiyyətli dərəcədə genişləndi. Yüzlərlə gənc futbolçu öz ölkələrində "Dostluq üçün futbol" hərəkatının və onun dəyərlərinin səfirinə çevrilir. "Dostluq üçün futbol" layihəsinin simvolu olan — Dostluq Qolbağını — uşaqlar, böyüklər, məşhur idmançılar və jurnalistlər, artistlər, siyasətçilər və müxtəlif ölkələrin prezidentləri daxil olmaqla bütün dünyada 400 mindən çox insan geyinir.
2017-ci ildə layihənin iştirakçı ölkələri: Avstriya, Azərbaycan, Əlcəzair, Argentina, Ermənistan, Banqladeş, Belarus, Belçika, Bolqarıstan, Boliviya, Braziliya, Böyük Britaniya, Macarıstan, Venesuela, Vyetnam, Qana, Almaniya, Yunanıstan, Danimarka, Misir, Hindistan, İraq, İran, İslandiya, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Çin, Koreya, Latviya, Liviya, Litva, Makedoniya, Meksika, Mozambik, Niderlandlar, Norveç, Pakistan, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Suriya, ABŞ, Tacikistan, Tanzaniya, Türkmənistan, Türkiyə, Ukrayna, Uruqvay, Özbəkistan, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə, Estoniya, Yaponiya, CAR.
"Qazprom", qlobal enerji şirkətidir. Əsas fəaliyyət istiqamətləri, qazın geoloji kəşfiyyatı, hasilatı, nəql edilməsi, saxlanması, emalı və qaz (həmçinin motor yanacağı qismində), qaz kondensatı və neft satışıdır, həmçinin istilik və elektrik enerjisinin istehsalı və satışıdır. Şirkət Rusiyanın ərazisində, Afrika, Yaxın Şərq, Avropa, Latın Amerikası, Orta, Cənubi və Cənub-şərqi Asiya ölkələrində fəaliyyət göstərir.
"Qazprom" təbii qaz ehtiyatlarının ölçüsü və onun hasilatı həcmləri üzrə dünyanın ən böyük şirkətidir, o, Rusiya və 30-dan çox ölkəyə qaz təchiz edir. " Qazprom" Rusiyanın aparıcı neft istehsalçıları dördlüyünə daxildir, Rusiya ərazisində böyük generasiya edici aktivlərlə malikdir, həmçinin istilik enerjisinin istehsalı üzrə dünyada liderdir.
İstehsal fəaliyyətinin fəal inkişafı ilə yanaşı "Qazprom" sosial layihələrə böyük diqqət ayırır. Şirkət beynəlxalq və Ümumrusiya miqyasılı bir çox idman təşkilatlarına və tədbirlərinə dəstək göstərir.
1news.az