Çeçenistanda Rusiya Milli Qvardiyasına hücum olub: 6 hərbçi öldürülüb | 1news.az | Xəbərlər
Dünya

Çeçenistanda Rusiya Milli Qvardiyasına hücum olub: 6 hərbçi öldürülüb

11:39 - 24 / 03 / 2017
Çeçenistanda Rusiya Milli Qvardiyasına hücum olub: 6 hərbçi öldürülüb

Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum olub.

Hadisə yerli vaxtla saat 02:00-03:00 arasında baş verib.

Səkkiz nəfər silahlı hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.

Rusiya Milli Antiterror Mərkəzindən bildirilib ki, hərbçilər arasında ölənlər və yaralananlar var. Ölən hərbi qulluqçuların sayının 6 nəfər olduğu açıqlanıb.

RİA Novosti 

Paylaş:
2180

Son xəbərlər

Bütün xəbərlər