Azərbaycanda müğənninin atası arvadını və baldızı qızını öldürdü
Abşeron rayonu Saray qəsəbəsində törədilən dəhşətli qətlin təfərrüatı məlum olub.
1news.az salamnews-a istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, dəhşətli cinayət məhşur musiqi qruplarından birinin üzvünün ailəsində baş verib.
“N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu, 18 yaşlı Amur Təbrizi Rəhilə Əsgər qızını da öldürüb.
Bildirilir ki, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.
Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə gətirilib.
Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda qətlin motivi araşdırılır.
10:36
Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.
Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.
Q. Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.
Hadisəni törədən Q. Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
06:29
Abşeron rayonunda kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirib.
Lent.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində baş verib.
Belə ki, Heydər Əliyev küçəsində yerləşən evlərdən birində Abşeron sakini (hələlik adı açıqlanmır) 1964-cü il təvəllüdlü həyat yoldaşı Hüseynova Faraiz Zakir qızının başına küt alətlə vurmaqla onu qətlə yetirib. Həmin şəxs daha sonra F.Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Anur-Təbrizi Rahilə Əsgər qızının başına küt alətlə vurmaqla onu da öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
R.Anur-Təbrizinin valideynləri vəfat etdiyindən o, xalası F.Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıb.