Salyan vərəm xəstəliyindən əziyyət çəkən qadın intihara cəhd edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyan vərəm xəstəliyindən əziyyət çəkən qadın intihara cəhd edib

15:18 - 25 / 03 / 2017
Salyan vərəm xəstəliyindən əziyyət çəkən qadın intihara cəhd edib

Salyan rayonunun Təzəkənd kənd sakini, 1951-ci il tvəllüdlü  Bağırova Səfiyyə Həbulla qızı yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asaraq intihara cəhd edib.

1news.az APA-ya istinadən xəbər verir ki, bundan xəbər tutan ailə üzvləri 66 yaşlı qadını xilas edə biliblər.

Qadın Salyan rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vərəm xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
600

Son xəbərlər

Bütün xəbərlər