Üzük barmağından çıxmadı, FHN xilasedicilərini çağırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Üzük barmağından çıxmadı, FHN xilasedicilərini çağırdı

12:37 - 26 / 03 / 2017
Üzük barmağından çıxmadı, FHN xilasedicilərini çağırdı

Bakıda qəribə hadisə baş verib.

1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsiblər və vətəndaşın barmağından çıxarıblar.

Əməliyyat saat 09:44-də başa çatıb.

1news.az

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər