Saatlar irəli çəkilməyib - Diqqətli olun
Ötən ildən Azərbaycanda yay və qış vaxtına keçid ləğv olunsa da, bu gün səhər saatlarından sosial şəbəkələrdə izləyicilər saatlarının irəli çəkildiyini açıqlayıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb isə bəzi telefonlarda avtomatik olaraq saatın irəli və ya geri çəkilməsidir.
Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif etmişdi. Nazirlər Kabineti də “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə” Qərar qəbul edib.