YARAT Eyyub Yaqubovun iştirakı ilə ədəbiyyat gecəsi keçirəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

YARAT Eyyub Yaqubovun iştirakı ilə ədəbiyyat gecəsi keçirəcək – FOTO

15:20 - 27 / 03 / 2017
YARAT Eyyub Yaqubovun iştirakı ilə ədəbiyyat gecəsi keçirəcək – FOTO

Aprelin 1-də, saat 19:00-da YARAT Müasir İncəsənət Məkanında müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş “Aldanma!” adlı ədəbiyyat gecəsi keçiriləcək.

Tədbirdə Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov və onun yaradıcı kollektivi ilə birgə hazırlanmış xüsusi proqram təqdim olunacaq. Ədəbiyyat gecəsi çərçivəsində Eyyub Yaqubov ilk dəfə “Yıxılır dünya” mahnısının video klipinin sirli məqamlarını açıqlayacaq. Bununla yanaşı, qonaqlar poeziya və musiqi parçalarından zövq ala biləcəklər. Tədbirin yekununda Eyyub Yaqubovun canlı konserti baş tutacaq.

Orxan Hüseynovun “Əziz Sevgilim” sərgisi gecənin ilham mənbəyidir.

Giriş sərbəstdir

Proqram:

19:00 – 20:00

Səlim Babullaoğlu və Eyyub Yaqubovla musiqi klipinin və yaradıcılıq haqqında müzakirə

Məkan: 2-ci mərtəbə, zal

20:00 – 20:45

Müasir şairlərin çıxışları - Səlim Babullaoğlu, Qismət və Fərid Hüseyn

Məkan: 1-ci mərtəbə, sərgi otaqları

20:45 – 21:20

“Tapmacanın dadına bax” (qeyri-adi təamların dequstasiyası)

Məkan: 1-ci mərtəbə - kitabxana, 2-ci mərtəbə - giriş qapısı

21:30 – 22:15

İnstrumental musiqi ifaları

Məkan: 1-ci mərtəbə, sərgi zalı

22:00

Eyyub Yaqubovun canlı konserti

Məkan: 2-ci mərtəbə, zal

1news.az

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər