Kirsan İlümjinov istefası barədə yayılan məlumatı təkzib edib – YENİLƏNİB
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov istefası barədə yayılan məlumatı təkzib edib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, K.İlümjinov təşkilatın rəhbəri postundan getmədiyini bəyan edib.
“Məni vəzifədən götürmək istəyirdilər, amma bunu bacarmadılar. Mən heç nəyi imzalamamışam və istefaya getməyəcəyəm”, - deyə o bildirib.
Qeyd edək ki, bir qədər əvvəl təşkilatın rəsmi saytında Kirsan İlümjinovun vəzifəsindən istefa verdiyi barədə məlumat yerləşdirilmişdi.
17:21
Kirsan İlümjinov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti vəzifəsindən istefa verib.
1news.az “Report”a istinadən xəbər verir ki, rusiyalı funksioner qərarını FİDE Şurasının Yunanıstanın paytaxtı Afinada keçirilmiş iclasında açıqlayıb.
Qurumun Direktorlar Şurasının iclası aprelə təyin olunub.
Qeyd edək ki, Kirsan İlümjinov FİDE-yə 1995-ci ildən rəhbərlik edirdi.
1news.az