XİN: Ermənistan atəşkəsdən istifadə edərək silahlı qüvvələrini yeni işğallar üçün hazır vəziyyətə gətirir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistan atəşkəsdən istifadə edərək silahlı qüvvələrini yeni işğallar üçün hazır vəziyyətə gətirir

17:50 - 27 / 03 / 2017
XİN: Ermənistan atəşkəsdən istifadə edərək silahlı qüvvələrini yeni işğallar üçün hazır vəziyyətə gətirir

Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədar ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb. 

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, məktubda deyilir:

“Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-ın sənəd və qərarlarının pozaraq, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində tabor səviyyəsində genişmiqyaslı hərbi təlimlər keçirmişdir.

Ermənistan Prezidenti 25 mart 2017-ci il tarixində hərbi təlimlərin son mərhələsində şəxsən iştirak etmişdir. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş, “döyüş vəzifələrini yerini yetirərkən fərqlənən hərbi qulluqçuları təltif etmiş” və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı bəyanatlar vermişdir.

Ermənistan Prezidenti Ermənistan silahlı qüvvələrini xristianlığın keşikçiləri adlandıraraq,  münaqişəyə dini çalar verməyə cəhd etmişdir. Bununla belə, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında iştirakını və bu xüsusda özünün fərdi məsuliyyətini qəbul etmişdir. O bəyan etmişdir ki, 2016-cı il aprel döyüşləri gedişində “cavab hücumuna keçmək əmri vermişdir”.

Ermənistan Prezidentinin bəyanatı atəşkəs üçün baza sənədi olan Bişkek Protokolunun Ermənistan tərəfindən pozulmasının aydın göstəricisidir. Bunun müqabilində Ermənistan işğal olunmuş ərazilərdə hərbi mövqelərini möhkəmləndirir və genişləndirir, hərbi avadanlıq və vasitələri işğal edilmiş ərazilərə ötürür, bununla da hərbi əməliyyatların dayandırılmasından işğala əsaslanan status kvo-sunu möhkəmləndirmək üçün istifadə edir.

Bu baxımdan, Ermənistan Prezidentinin bəyanatı kifayət qədər aydındır və izaha ehtiyacı yoxdur: “Bu gün Ermənistan Ali Baş Komandanı gözünü belə qırpmadan lazım olacağı təqdirdə, İskəndər raketləri ilə zərbə endirmək əmri verəcək. Qonşu dövlət bunu çox yaxşı bilir” (Serj Sarkisyan).

Hərbi təlimlər və Ermənistan prezidentinin bəyanatı Ermənistanın real niyyətini və danışıqlar yolu ilə münaqişənin həll edilməsində Ermənistanın maraqlı olmadığını açıq-aydın göstərir. Qeyd edilməlidir ki, Ermənistan Prezidenti bu çıxışını işğalı BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi ilə pislənmiş və qoşunların dərhal, qeyd-şərtsiz və birbaşa çıxarılmasını tələb edilmiş Azərbaycanın Ağdam rayonunda etmişdir. 24 ildir ki, bu tələb beynəlxalq ictimaiyyət tərəfindən yerinə yetirilməmişdir.

Əvəzində, Ermənistan atəşkəsdən öz silahlı qüvvələrinin təkmilləşdirilməsi və təlimlərin keçirilməsi üçün istifadə edərək, silahlı qüvvələrini yeni işğallar üçün hazır vəziyyətə gətirir. Bu,  erməni tankları tərəfindən azərbaycanlı əhalinin qovulduğu dağıdılmış evlərin hədəf alınaraq atəşə tutulması zamanı da nümayiş etdirilmişdir. Bu, həmçinin Ermənistan rəhbərliyi tərəfindən Azərbaycan və onun mülki əhalisinə qarşı aparılmış insanlığa qarşı silsilə cinayətlər və genosid fəaliyyətlərinə əyani sübütdür. Bu, Ermənistan rəhbərliyinin “sülh, tolerantlıq və birgəyaşayış” anlayışıdır.

Ermənistan və onun yüksək rütbəli rəsmilərinin təxribatçı və təcavüzkar ritorikası ölkənin beynəlxalq hüquq və Ermənistan və Azərbaycan münaqişəsinin həlli üzrə siyasi proseslərə çərçivəsində verdiyi öhdəliklərin əleyhinədir. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən qanunsuz istifadənin davamının göstəricisidir. Ona görə də Helsinki Yekun Aktında da əks olunduğu kimi dövlətlərarası münasibətlərin baza prinsiplərinin kobud şəkildə pozulmasının qarşısının alınması üçün ATƏT yekdil mövqe nümayiş etdirməlidir.

Azərbaycan ATƏT, xüsusilə ATƏT-ın Minsk Qrupu və həmsədrlərini, həmçinin Avstriyanın ATƏT Sədrliyini BMT Təhlükəsizlik Şurasının müvafiq müddəalarını və atəşkəs rejiminin kobud şəkildə pozulmasını ictimai şəkildə pisləyərək, Ermənistandan Azərbaycana qarşı təcavüzə son qoymasını, qoşunlarını çıxarmasını və münaqişənin həlli istiqamətində davamlı həllə nail olunması üçün substantiv danışıqlara cəlb olunmaqda xoş niyyət göstərməsini tələb etməyə çağırır.

Ermənistan tərəfindən bu səpkidə olan və təkrarlanan təxribatlara qarşı lazımı reaksiyanın verilməməsi sülh prosesinə ciddi zərbə olaraq gözlənilməz fəsadlar doğura bilər ki,  bunun da məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

1news.az

Paylaş:
671

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər