Xarici Kəşfiyyat Xidməti rəisinin müavininə general-mayor ali hərbi rütbəsi verilib | 1news.az | Xəbərlər
Rəsmi

Xarici Kəşfiyyat Xidməti rəisinin müavininə general-mayor ali hərbi rütbəsi verilib

18:42 - 27 / 03 / 2017
Xarici Kəşfiyyat Xidməti rəisinin müavininə general-mayor ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev C.V.Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilsin”.

1news.az

Paylaş:
1078

Son xəbərlər

Bütün xəbərlər