Millimiz məğlub olaraq 4-cü pilləyə düşdü – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Millimiz məğlub olaraq 4-cü pilləyə düşdü – VİDEO

09:27 - 27 / 03 / 2017
Millimiz məğlub olaraq 4-cü pilləyə düşdü – VİDEO

Futbol üzrə milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan dördqat dünya çempionu Almaniya millisini qəbul edib. Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar uğurlu seriyanı Bakıda da davam etdirib və 4:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan millisi isə bu məğlubiyyətdən sonra qrupda 3-cü yerdən 4-cü yerə düşüb.

Qrupun digər oyununda Çexiya səfərdə San Marinoya 6:0 hesabı ilə qalib gəlib. Qrupun son qarşılaşmasında Şimali İrlandiya doğma meydanda Norveçi 2:0 hesabı ilə məğlub edib.

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

26 mart

Azərbaycan – Almaniya - 1:4

Qollar: Nazarov, 31 - Şürrle, 19, 81, Müller, 36, Qomez, 45

1news.az

Paylaş:
651

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər