Pyotr Poroşenko: Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır | 1news.az | Xəbərlər
Siyasət

Pyotr Poroşenko: Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır

23:03 - 27 / 03 / 2017
Pyotr Poroşenko: Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır

Martın 27-də Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın hökumət rəhbərlərinin sammiti keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Pyotr Poroşenko sammit çərçivəsində Azərbaycanın Baş nazirinin müavini İsmət Abasovu, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilini, Moldovanın Baş naziri Pavel Filipi qəbul edib.

Ukrayna dövlətinin başçısı GUAM Azad Ticarət Zonasının yaradılmasına, üzv ölkələrin nəqliyyat dəhlizinin inkişafına dair imzalanmış sənədlərin əhəmiyyətini vurğulayaraq Sammitin nəticələrini yüksək qiymətləndirib. Görüşdə, həmçinin GUAM çərçivəsində təhlükəsizliyin gücləndirilməsi, kibercinayətkarlığa və terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunub.

Azərbaycana sonuncu səfəri zamanı yüksək qonaqpərvərliyə və səmərəli danışıqlara görə minnətdarlığını bildirən Prezident Pyotr Poroşenko deyib: “Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır. Biz ölkələrimiz arasında, həmçinin GUAM ölkələrinin əməkdaşlığı çərçivəsində mövcud olan münasibətləri bundan sonra da davam etdirmək niyyətindəyik”.

Görüşün iştirakçıları GUAM-a üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində həmrəy olduqlarını bildiriblər.

1news.az

Paylaş:
623

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər