Ötən ay nəqliyyat xidmətlərinin qiymətləri ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən ay nəqliyyat xidmətlərinin qiymətləri ucuzlaşıb

23:17 - 27 / 03 / 2017
Ötən ay nəqliyyat xidmətlərinin qiymətləri ucuzlaşıb

2017-ci ilin fevral ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 0,6 faiz ucuzlaşıb, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 1,4 faiz bahalaşıb.

1news.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ay ərzində poçt və kuryer xidmətlərinin qiymətləri 0,1 faiz ucuzlaşıb, rabitə xidmətlərinin qiymətlərində isə əvvəlki ayla müqayisədə dəyişiklik olmayıb.

1news.az

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər