Bakıda yüksək təhlükəsiz pul çapı mövzusunda beynəlxalq konfrans keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda yüksək təhlükəsiz pul çapı mövzusunda beynəlxalq konfrans keçirilir

11:36 - 27 / 03 / 2017
Bakıda yüksək təhlükəsiz pul çapı mövzusunda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda “Yüksək təhlükəsiz pul çapı” (High Security Printing) mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, 3 gün davam edəcək konfrans Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati dəstəyi və dünyanın aparıcı pul çapı, təhlükəsiz kağız və mühafizə elementləri istehsalı şirkətlərinin və mərkəzi bankların iştirakı ilə təşkil olunub.

Tədbirin ilk günü pul çapı, təhlükəsiz kağız və mühafizə elementlərinin istehsalı üzrə beynəlxalq şirkətlər tərərfindən iştirakçılar üçün seminarlar təşkil olunacaq, növbəti günlərdə isə mərkəzi banklar və beynəlxalq şirkətlər də daxil olmaqla geniş təqdimatlar keçiriləcək.

Qeyd edək ki, konfransın əsas təşəbbüskarı Böyük Britaniyanın “Reconnaissance International” şirkətidir. Bu şirkət tərəfindən 14 ildir ki, hər il dünyanın müxtəlif regionlarında bu mövzuda konfranslar keçirilir. Cari ildə konfrans Avropa regionu üzrə Azərbaycanda, Amerika regionu üzrə Qvatemalada, Asiya regionu üzrə isə Avstraliyada keçiriləcək.

Azərbaycanda ilk dəfə keçirilən bu konfransda 50-ə yaxın ölkənin pul çapı, təhlükəsizlik kağız və mühafizə elementləri istehsalı şirkətlərindən, beynəlxalq təşkilatlardan, elmi tətqiqat institutlarından və 20-yə yaxın mərkəzi bankdan 300-dək nümayəndə iştirak edir.

Konfransda nağd pul tədavülünün təşkili, ödəniş infrastrukturu, kağız pul nişanlarının, təhlükəsiz kağız substratların və mühafizə elmentlərinin yaradılması, banknot və digər yüksək təhlükəsizlik sənədlərinin çap olunması, bu sahədə yeni innovasiya və texnologiyaların tətbiqi, eləcə də saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi kimi mövzular müzakirə olunacaq.

Eyni zamanda, konfransda Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycanda nağd pul tədavülü və nağdsız ödəniş eko-sistemi” və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Azərbaycanda e-Pasportların tətbiqi” mövzularında, eləcə də Beynəlxalq Nağd Pul Assosasiyası, ATM Sənayesi Assosasiyası (Böyük Britaniya), Avropa Mərkəzi Bankı, Türkiyə, Rusiya, Macarıstan, Səudiyə Ərəbistanın mərkəzi banklarının və digər beynəlxalq təşkilatların (İsveçrə, Fransa, Almaniya, Polşa və s. ölkələrdən) təqdimatları nəzərdə tutulur.

1news.az

Paylaş:
512

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər