Dmitri Nazarov: “Dünya çempionuna qol vurmaq inanılmaz hissdi” | 1news.az | Xəbərlər
İdman

Dmitri Nazarov: “Dünya çempionuna qol vurmaq inanılmaz hissdi”

11:47 - 27 / 03 / 2017
Dmitri Nazarov: “Dünya çempionuna qol vurmaq inanılmaz hissdi”

“Dünya çempionuna, ailəmlə birlikdə yaşadığımız ölkənin yığmasına qarşı oynamaq və qol vurmaq inanılmaz hissdi”.

1news.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Dmitri Nazarov deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya yığmasını qəbul edən millimiz 1:4 hesabı ilə uduzub.

Qarşılaşmadan sonra alman mətbuatına açıqlama verən Nazarov oyunla bağlı fikirlərini bölüşüb:

“Qrupda Almaniyaya heç kim qol vura bilmirdi. Stadion azarkeşlərlə tam dolmuşdu. Bu, azərbaycanlıların oyuna olan marağını göstərirdi. Hesabı bərabərləşdirdikdən sonra dərhal qol buraxdıq və bu, bizi şoka saldı. Vəziyyəti dəyişmək artıq çətin idi”.

1news.az

Paylaş:
1238

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər