Azərbaycanlı deputat Avropa Parlamentində AŞPA-nı təmsil edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputat Avropa Parlamentində AŞPA-nı təmsil edib

15:22 - 28 / 03 / 2017
Azərbaycanlı deputat Avropa Parlamentində AŞPA-nı təmsil edib

Avropa Parlamentinin vətəndaş azadlıqları, ədliyyə və daxili işlər komitəsi qadın hüquqları və gender bərabərliyi komitəsi ilə birgə “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının İstanbul Konvensiyasına Avropa İttifaqının qoşulması” mövzusunda dinləmələr keçirib.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova tədbirdə əsas məruzəçilər siyahısında çıxış edib.

Avropa Şurasının 47 üzv ölkəsinin nümayəndələrini birləşdirən parlament şəbəkəsinin fəaliyyəti haqqında məlumat verən S.Qafarova qurumun Parlamentlərarası İttifaq və BMT-nin Qadınlar Təşkilatı ilə əlaqələrinin genişləndiyini vurğulayıb.

Avropa Parlamentinin Avropa İttifaqını İstanbul Konvensiyasına qoşulmağa çağıran müvafiq qətnaməsini xatırladan S.Qafarova Avropa Komissiyasının 2017-ci ilin qadınlara qarşı zorakılıqla mübarizəyə həsr edilməsi haqqında qərarını alqışlayıb. Bildirib ki, 2014-cü ildə qüvvəyə minmiş İstanbul Konvensiyası qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması və diskriminasiya kimi göstərib. O, bu istiqamətdə aparılan mübarizədə parlamentarilərin və vətəndaş cəmiyyətinin rolunu diqqətə çatdırıb.

S.Qafarova Avropa Parlamentinin üzvlərini qadınlara qarşı zorakılıqla mübarizəni milli səviyyələrdə aparmağa çağırıb.

Sonda qaldırılmış məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
434

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər