Milli Məclislə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında əməkdaşlıq genişlənir | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclislə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında əməkdaşlıq genişlənir

16:54 - 28 / 03 / 2017
Milli Məclislə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında əməkdaşlıq genişlənir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov ilə görüşüb.

1news.az-ın Milli Məclisə istinadla verdiyi xəbərə görə, Vyaçeslav Makarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük məmnuniyyətlə xatırlayaraq iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə qalxmasında Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulayıb. Qanunvericilik Məclisinin rəhbəri Sankt-Peterburqda 300 mindən çox azərbaycanlının yaşadığını və müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkəmizin rəhbərliyinə təşəkkürünü bildirib. Vyaçeslav Makarov Azərbaycan ilə Sankt-Peterburq arasında iqtisadi əlaqələri genişləndirməyin, idxal və ixracın səviyyəsinin artırılmasının vacibliyini qeyd edib.

Oqtay Əsədov Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə Vyaçeslav Makarovu təbrik edib. O bildirib ki, Azərbaycanda Rusiya kapitalı ilə işləyən 600 müəssisə, Cənubi Qafqazda ən çoxsaylı rus diasporu fəaliyyət göstərir. Ölkəmizdə rus dilində dövrü mətbuat çap olunur, 340-dan çox orta məktəbdə təhsil rus dilində aparılır. Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə iqtisadi sahədə sıx əməkdaşlıq edir, 20 regionla, o cümlədən Sankt-Peterburqla ikitərəfli sazişlər imzalanıb. Qarşılıqlı surətdə faydalı əməkdaşlığı davam etdirmək üçün möhkəm qanunvericilik bazası yaradılıb. Oqtay Əsədov Vyaçeslav Makarovu Azərbaycana səfərə dəvət edib.

Görüşdə Milli Məclis ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
610

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər