Azərbaycan səfiri İtaliya telekanalına müsahibə verib - VİDEO
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Rete Sole” televiziya kanalında yayımlanan “Romadakı səfirlər” proqramının qonağı olub.
1news.az xəbər verir ki, Azərbaycan diplomatı proqramın aparıcısı Marko Finelli ilə aparılmış söhbətdə ölkəmizin müstəqillik tarixi, inkişaf strategiyası, Azərbaycanda qeyri-neft sektorlarının inkışafı istiqamətində aparılan işlər barədə danışıb.
Səfir ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Azərbaycanın multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, habelə Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib, İtaliya ilə bağlı təəssüratlarını bölüşüb.