İsmayıl Hidayətzadə küçəsi təmir edilərək istifadəyə verilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İsmayıl Hidayətzadə küçəsi təmir edilərək istifadəyə verilib – FOTO – VİDEO

16:22 - 29 / 03 / 2017
İsmayıl Hidayətzadə küçəsi təmir edilərək istifadəyə verilib – FOTO – VİDEO

Bakının Nərimanov rayonu ərazisində yerləşən İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub. 

1news.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, İsmayıl Hidayətzadə küçəsinin uzunluğu 575 metr, eni isə ortalama 9.5 metr təşkil edir.

Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları qoyulub.

Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçənin 7 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparııb. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 21 ədəd baxış qapaqları da yenilənib.

Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb. Piyada səkilərinin kənarlarına 670 paqon-metr yeni səki daşları düzülüb.

Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb,yolcizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

1news.az

Paylaş:
1717

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər