Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıblar | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıblar

19:40 - 29 / 03 / 2017
Həmsədrlər regiona səfərləri ilə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ən son hərbi və siyasi məlumatları əldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsini və münaqişənin həlli istiqamətində gələcək addımları müzakirə etmək olub. Diplomatlar Azərbaycan və Ermənistan prezidentləri, eləcə də Dağlıq Qarabağdakı de-fakto rəhbərliklə görüşüblər. Onlar Dağlıq Qarabağ ətrafı ərazilərə də səfər ediblər.

Bəyanatda qeyd olunur ki, danışıqlarda həmsədrlər təmas xəttində baş verən gərginliklə bağlı dərin narahatlıqlarını bir daha qeyd ediblər və tərəfləri çıxışlarında və addımlarında təmkinli olmağa çağırıblar. Bildirilir ki, prezidentlər həmsədrlərin atəşkəsi gücləndirmək və xüsusilə Novruz və Pasxa bayramları ərəfəsində vəziyyətin eskalasiyasından çəkinməklə bağlı təkliflərinə dair mövqelərini açıqlayıblar. Onlar siyasi həll istiqamətində danışıqların davam etdirilməsinə sadiqliklərini ifadə ediblər.

Vasitəçilər danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasına və onun genişləndirilməsinə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar əmin olduqlarını bildiriblər ki, danışıqların davam etdirilməsi məqsədilə etimad atmosferinin yaradılması üçün atəşkəsə hörmət son dərəcə vacibdir.

Həmsədrlər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Minsk qrupunun üzvləri ilə bir araya gələcəklər.

Qeyd edək ki, həmsədrlər martın 11-də Bakıda, martın 27-də Yerevanda və martın 28-də Dağlıq Qarabağda olublar.

1news.az

 

Paylaş:
618

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər