Köhnə avtobuslar yeniləndikcə onlarda “BakıKart” sistemi quraşdırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Köhnə avtobuslar yeniləndikcə onlarda “BakıKart” sistemi quraşdırılacaq

1news Redaksiyası21:12 - 29 / 03 / 2017
Köhnə avtobuslar yeniləndikcə onlarda “BakıKart” sistemi quraşdırılacaq

Köhnə avtobuslar yeniləri ilə əvəzləndikdən sonra onlarda da “BakıKart” sistemi quraşdırılacaq.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli köhnə avtobuslarda kart sisteminin tətbiqinin uğursuz olduğunu bildirib.

O, həmçinin deyib ki, son zamanlar müşahidə edildiyi kimi, bu sistem yeni avtobuslarda quraşdırılır. Daşıyıcı şirkətlər köhnə avtobus bazasını yenisi ilə əvəz etdikdən sonra digər avtobuslarda da kart sisteminə keçiləcək.

1news.az

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər