Lənkəranda İran vətəndaşına məxsus yük maşını yanıb, bir nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda İran vətəndaşına məxsus yük maşını yanıb, bir nəfər xəsarət alıb

09:51 - 29 / 03 / 2017
Lənkəranda İran vətəndaşına məxsus yük maşını yanıb, bir nəfər xəsarət alıb

Lənkəran rayonunda iki yük avtomobili yanıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Sütəmurdov kəndində çay fabrikinin ərazisində İran vətəndaşına məxsus “TIR” markalı yük avtomobilinin kabinəsinin yanar hissələri, yük hissəsinə yığılmış 30 ton çayın 1 tonu və sahibi məlum olmayan digər yük avtomobilinin kabinəsi yanıb.

Yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hər iki yük avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər