Sərxoş sürücü avtomobilinin yerini unutdu, polisə şikayət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərxoş sürücü avtomobilinin yerini unutdu, polisə şikayət etdi

15:48 - 30 / 03 / 2017
Sərxoş sürücü avtomobilinin yerini unutdu, polisə şikayət etdi

Azərbaycanda sərxoş sürücü avtomobilinin oğurlanması iddiası ilə polisə müraciət edib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılmasını bildirib.

Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb.

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb, R.Əliyevin həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unutması müəyyən edilib.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər