Bakıda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq

13:06 - 31 / 03 / 2017
Bakıda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 1-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  772 mm civə sütunundan 765 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 1-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir  güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 1-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1news.az

 

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər