Təhsil TV: “Təməl” – məktəb direktoru olmaq istəyənlərin nəzərinə - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil TV: “Təməl” – məktəb direktoru olmaq istəyənlərin nəzərinə - VİDEO

18:35 - 31 / 03 / 2017
Təhsil TV: “Təməl” – məktəb direktoru olmaq istəyənlərin nəzərinə - VİDEO

Təhsil TV-nin efirində yayımlanan “Təməl” verilişinin növbəti buraxılışında ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalarla bağlı məlumatlar işıqlandırılıb.

1news.az-ın verdiyi xəbərə görə, verilişin budəfəki qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin rəhbəri Eşqi Bağırov olub.                                

Verilişdə kimlər məktəb direktoru ola bilər? Elektron ərizələrin qəbulu nə vaxt başlayır? Bu il ümumtəhsil müəssisələrində direktor olmaq arzusunda olan şəxslər üçün nə qədər vakant yer təqdim edilir? barədə məlumatlar verilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.

Elektron ərizələrin qəbulu 1-15 aprel 2017-ci il  tarixlərində həyata keçiriləcəkdir. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər  miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.

İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur

Paylaş:
910

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTOBu gün, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya XidmətiBu gün, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHIBu gün, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRARBu gün, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edibBu gün, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıbBu gün, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürübBu gün, 15:13DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02
Bütün xəbərlər