“Binə” ticarət mərkəzində yanğın baş verib - FOTO

Qaradağ rayonunda yanğın hadisəsi baş verib.
1news.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.
1news.az
Fotolar - APA
863