İsgəndər Cavadov Minsk “Dinamo”sunun keçmiş futbolçusunun onu vurduğuna dair açıqlamaya cavab verib | 1news.az | Xəbərlər
Futbol

İsgəndər Cavadov Minsk “Dinamo”sunun keçmiş futbolçusunun onu vurduğuna dair açıqlamaya cavab verib

16:39 - 01 / 04 / 2017
İsgəndər Cavadov Minsk “Dinamo”sunun keçmiş futbolçusunun onu vurduğuna dair açıqlamaya cavab verib

“Məni vurduğunu deyən Yuri Truxan adlı futbolçunu xatırlamıram”.

1news.az xəbər verir ki, bunu “Report”a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu və AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov Belarusun "Dinamo" (Minsk) komandasının sabiq müdafiəçisi Yuri Truxanın fikirlərini şərh edərkən deyib.

Truxan "Belarus Seqodnya" nəşrinə müsahibəsində iki komanda arasındakı görüş zamanı Cavadovun qapıçıya qarşı kobud oyununa cavab olaraq bir zərbə ilə onun gözünün altını qaraltdığını bildirib. Veteran oyunçu həmin zərbəni azərbaycanlı hücumçunun uzun müddət unutmadığını da əlavə edib. Lakin o, hadisənin nə vaxt baş verdiyini açıqlamayıb. Əvəzində bildirib ki, etdiyi hərəkətə görə 5 oyunluq cəzaya məruz qalıb.

Cavadov isə futbolçu karyerası ərzində heç vaxt döyülmədiyini söyləyib. O, yalnız top uğrunda mübarizələr zamanı rəqiblərinin kobudluğu ilə qarşılaşdığını açıqlayıb: "1981-ci ildə Rusiya MOİK-i ilə oyun zamanı Vladimir Bukiyevski burnumu sındırmışdı. Buna görə Bukiyevskiyə 3 oyunluq cəza verdilər. Həmçinin 1983-cü ildə Ermənistan "Ararat"ı ilə görüşdə rəqibin xatırlamadığım futbolçusunun sərt oyunu səbəbindən iki komanda arasında insident yaşanmışdı".

Cavadov karyerası ərzində təhlükəli oyunçu kimi daim rəqib müdafiəçilərin kobudluqlarına məruz qaldığını, amma bunlara heç vaxt cavab vermədiyini deyib: "Bilmirdilər ki, məni necə saxlasınlar. Vururdular, cavab vermirdim. Hətta hakimlər deyirdilər ki, niyə cavab vermirsən? Bax, buna görə hakimlər arasında da hörmət qazanmışdım. O vaxtlar qırmızı vərəqəni nadir hallarda göstərirdilər".

Qeyd edək ki, Yuri Truxan Minsk "Dinamo"sunda 1978-1988, İsgəndər Cavadov isə "Neftçi"də 1977-1982 və 1983-1988-ci illərdə forma geyinib.

1news.az

Paylaş:
650

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər