Meteoroloqlardan meteohəssas insanlara xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan meteohəssas insanlara xəbərdarlıq

13:50 - 03 / 04 / 2017
Meteoroloqlardan meteohəssas insanlara xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 4-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 10-15, Bakıda gecə 3-5, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  769 mm civə sütunu,  nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi  gözlənilir. Gecə və səhər bəzi yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 4-5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 6-da gündüz atmosfer təzyiqinin bir qədər enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq  yarada bilər.

1news.az

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər