Peterburq metrosunda terakt törətmiş şəxsin evində axtarışlar gedir – FOTO – VİDEO – YENİLƏNİB
Peterburq metrosunda baş verən terror aktında həlak olanlardan daha ikisinin cəsədi tanınıb. Beləliklə, indiyədək 12 cəsəd tanınıb. Bu haqda çərşənbə günü SKR-ın kütləvi informasiya vasitələrləriylə qarşılıqlı təsir idarəsinin rəhbəri Svetlana Petrenko bildirib.
O, bildirib ki, Araşdırma komitəsinin verdiyi məlumata görə, indiyədək hadisə ilə bağlı metropolitenin 40 əməkdaşı dindirilib.
Həmçinin o, bildirib ki, vaqonda terror təşkil etmiş A.Cəlilovun yaşadığı ünvan da müəyyənləşib. Artıq onun evində axtarış tədbirləri həyata keçirirlir. Əldə edilmiş kamera görüntülərinə görə, onun evdən çanta ilə çıxması da aşkarlanıb.
Həmçinin KİV rəhbəri qeyd edib ki, şübhəli şəxsin İŞİD-lə əlaqədar olub-olmaması da araşdırılır.
İnterfaks
04.04.2017
Sankt-Peterburq metrosunun maşinisti Aleksandr Kaverin dünən baş verən terror aktı ilə bağlı qeyd edib:
“İlk olaraq toz qoxusu hiss etdim. Həmin an dispeçerlə əlaqə saxladım. “Sərnişin-maşinist” düyməsindən siqnallar gəlməyə başladı. Lakin nələrin baş verdiyi aydın deyildi. Qərara gəldim ki, qatarı stansiyaya qədər sürüm. Həmin an qorxu yadıma düşmürdü, işləməli idim. Qatar stansiyaya çatanda bir dəqiqədən sonra hər şey aydın oldu. Birinci vaqonun sərnişinləri çaxnaşmaya aydınlıq gətirdilər”.
Metropoliten rəisi Aleksanr Qoryuqinin sözlərinə görə, maşinist qaydalara ciddi riayət edib. Yəni fövqəladə hadisə zamanı qatar dayana bilməzdi. Və A.Kaverin öz öhdəliyini yerinə yetirib.
Hazırda maşinist bildirir ki, faciə ilə bağlı iş yerini dəyişmək fikrində deyil.
12:57
Sankt-Peterburqda terror aktı nəticəsində həlak olanların sayı 14-ə çatıb.
Bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib:
“Bu gün ölənlərin sayı 14-ə çatıb. 11 nəfər hadisə yerində, 3 nəfər isə aldığı ağır bədən xəsarətlərindən xəstəxanada keçinib”.
Onun sözlərinə görə, 49 yaralı haqda məlumat Sankt-Peterburqun Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilib.
Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunda partlayış törədilib. Hadisə nəticəsində 1 azərbaycanlı ölüb, 1 azərbaycanlı yaralanıb.
12.03
Sankt-Peterburq metrosunda terror aktını törədilməsində şübhəli bilinən şəxsin adı açıqlanıb.
İlkin məlumata görə, metroda partlayıcı qurğunu Suriya silahlıları ilə əlaqəsi olan kamikadze-terrorçu işə salıb. O, Qırğızıstanın Oş vilayətinin keçmiş sakini 22 yaşlı Akbarjon Cəlilovdur. Altı ildən çoxdur ki, Sankt-Peterburqda yaşayan Cəlilov bu dövr ərzində bir neçə dəfə pasport dəyişib.
Onun qurğunu ya bel çantasında saxladığı, ya da əlində tutduğu ehtimal olunur. Belə ki, zərərçəkmiş sərnişinlərin əksəriyyəti qarın nahiyəsindən yaralanıblar. Əldəqayırma partlayıcı qurğunun gücü tratil ekvivalenti ilə 200-300 qram qiymətləndirilir.
“Rusiya xüsusi təyinatlısı” cəmiyyəti Akbarjon Cəlilovun fotolarını dərc edib. Belə ki, paylaşımda adi fotolarla yanaşı, partlayış zamanı çəkilmiş baş şəkilləri də yerləşdirilib. İstifadəçilər səhifə ilə bağlı araşdırma aparıblar. Məlum olub ki, həmin səhifəni fotorobotun çəkdiyi şəkillə eyni olan şəxs, Cəlilov idarə edir. Partlayışdan çəkilmiş fotolar daha sonra səhifədən silinib.
09:20
İlkin araşdırmalara əsasən, Sankt-Peterburq metrosunda partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
Bu barədə agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və Suriyada döyüşən silahlılarla əlaqəsi olub”, deyə mənbə bildirib.
Onun sözlərinə görə, vaqonda 200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb. Mənbə həmçinin bildirib ki, "Texnoloji institut" və "Sennaya ploşşad" stansiyaları arasında işə salınan partlayıcı qurğu bir qədər sonra "Ploşşad Vosstaniya" stansiyasında zərərsizləşdirilən partlayıcı ilə eyni olub.
TASS
03.04.2017, 16:41
Sankt-Peterburq şəhərində metronun “Sennaya Ploşad” stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb.
Hadisə yerində istintaq qrupu çalışır. Cinayət işi açılıb.
TASS
16:38
Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış zamanı azı 5 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Bu haqda bu gün Lenta.ru-ya hüquq-mühafizə orqanlarından xəbər verilib.
Həmçinin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, partlayışın terror aktı nəticəsində baş verdiyi istisna olunmur:
“Stansiyada şübhəli əşya aşkarlandığı üçün bağlanıb. Metronun digər mərkəzi stansiyaları da təxliyə olunur. Hələlik müstəntiqlər araşdırmalara başlaya bilmir. Hələlik bu barədə məlumat yoxdur. Stansiyada tüstülənmənin qarşısı alınıb, təxliyə işləri aparılır”.
Lenta.Ru
16.31
Rusiyanın Sankt-Peterburq şəhərində metroda partlayış baş verib.
Hadisə barədə metro stansiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, partlayış vaqonda baş verib. Şahidlərin sözlərinə görə, hadisə zamanı çoxlu insan xəsarət alıb. Lakin bununla bağlı rəsmi məlumat yoxdur.
“Saat 14:47 radələrində “Nevskiy prospekt” stansiyasında idim. Vaqon 4 dəqiqə idi ki, hərəkət etmirdi. Bununla yanaşı, metroda tüstülənmə də vardı. Tüstü qoxusunun açıq-aydın pirotexnika qoxusu olduğu anlaşılırdı”, - bu haqda RBK-ya Peterburq sakini Yevgeniy Pavlov bildirib.
Onun sözlərinə görə, sərnişinlərə stansiyanı tərk etmələri xahiş olunub.
RBK