Neft yenidən ucuzlaşmağa başladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft yenidən ucuzlaşmağa başladı

09:15 - 03 / 04 / 2017
Neft yenidən ucuzlaşmağa başladı

Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.

1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16 faiz azalaraq 50,52 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,28 faiz azalaraq 53,38 dollar olub.

1news.az

 

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər