Messinin “Barselona”dakı taleyinə aydınlıq gəldi | 1news.az | Xəbərlər
Futbol

Messinin “Barselona”dakı taleyinə aydınlıq gəldi

13:49 - 04 / 04 / 2017
Messinin “Barselona”dakı taleyinə aydınlıq gəldi

Argentinalı ulduz futbolçu Lionel Messinin “Barselona”dakı taleyinə aydınlıq gəlib.

1news.az-ın məlumatına görə, 30 yaşlı futbolçu klubu ilə yeni müqavilə imzalayacaq.

Belə ki, Leo gələn ay kataloniyalılarla yeni müqaviləyə qol çəkəcək. Anlaşmaya əsasən, 30 yaşlı oyunçu yeni 5 illik müqavilə imzalayacaq. Bununla da o, 2023-cü ilə qədər “Barsa”ya məxsus olacaq. İllik maaşı 35 milyon avro təşkil edəcək futbolçu mükafatlarla birlikdə 40 milyon qazanacaq.

Qeyd edək ki, 2004-cü ildən peşəkar futbolçu kimi “Barselona”nın formasını geyinən Lionel Messinin hazırkı müqavilə müddəti 2018-ci ilin iyun ayında başa çatır.

1news.az

Paylaş:
888

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər