Bakı metrosunda hadisə - Yaralı sərnişin xəstəxanaya yerləşdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda hadisə - Yaralı sərnişin xəstəxanaya yerləşdirildi

14:25 - 04 / 04 / 2017
Bakı metrosunda hadisə - Yaralı sərnişin xəstəxanaya yerləşdirildi

Bakı metrosunda təhlükəsizlik xəttini keçən qadın hərəkətdə olan qatarın güzgüsünə dəyib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə metronun “20 yanvar” stansiyasında baş verib. Təxminən 55-60 yaşlı Adıgözəlova Rəfiqə Zeynəlabdin qızı qatar platformaya yaxınlaşarkən platformanın təhlükəsizlik xəttini keçib və bu zaman qatarın güzgüsü qadına dəyib.

Hadisə yerinə dərhal təcili-tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.

1news.az

Paylaş:
932

Son xəbərlər

Bütün xəbərlər