Nazirlik “CinemaPlus” və “Park Cinema”-ya səsləndi: diqqətli olun | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik “CinemaPlus” və “Park Cinema”-ya səsləndi: diqqətli olun

14:43 - 04 / 04 / 2017
Nazirlik “CinemaPlus” və “Park Cinema”-ya səsləndi: diqqətli olun

Ölkədə müstəqil şəkildə fəaliyyət göstərən “CinemaPlus” və “Park Cinema” kinoteatr şəbəkələri və onların nəzdindəki distributor şirkətləri arasında son zamanlar yaranmış xoşagəlməz münasibətlər cəmiyyətdə və internet məkanında müzakirələrə səbəb olub.

Mədəniyyət və Turizm Nazirliyi məntiqi izahı olmayan bu xoşagəlməz halla bağlı məlumat yayıb. Belə ki, nazirlikdən 1news.az-a verilən məlumata görə, statusundan, fəaliyyət növündən asılı olmayaraq hər bir mədəniyyət müəssisəsinin vəzifəsi insanların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq və onlara yüksək səviyyəli mədəni xidmətin göstərməkdir. O cümlədən, kino sahəsində bir növ inhisarçı mövqe tutan müəssisələr tamaşaçı marağını hər şeydən üstün tutmalı və bu marağa zərər verə biləcək addımlara yol verilməməlidir.

“Hazırda ölkəmizdə dövlət sifarişli filmlərlə yanaşı, müstəqil kino sahəsində də canlanma müşahidə edilməsi və milli filmlərə tamaşaçı marağının artması müsbət hal kimi xarakterizə oluna bilər. Bu prosesin inkişaf etməsi bütün maraqlı tərəflərin xoşməramlı münasibətindən asılıdır. Ona görə də kino fəaliyyəti ilə məşğul olan hər bir müəssisə özəl biznes maraqları ilə yanaşı, həm də ümumi mənafelərin qorunmasına çalışmalıdır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfləri məsələnin qarşılıqlı hörmət və anlaşma  şəraitində müsbət həllinə və gələcəkdə də ictimai narazılıq doğuran halların baş verməməsi üçün son dərəcə diqqətli olmağa çağırır.

Bildiririk ki, Azərbaycan filmlərinin yayımının təşkil olunması ölkəmizdə fəaliyyət göstərən hər bir kinoteatrın vəzifə borcudur”- deyə, nazirlikdən bildiriblər.

Qeyd edək ki, “Cinemaplus” və “Park Cinema” kinoteatrlar şəbəkələri arasında başlayan rəqabət tamaşaçıların və film istehsalçılarının ciddi narazılığına səbəb olub. Belə ki, artıq kinoteatrlar film istehsal edən şirkətlər qarşısında şərtlər qoymağa başlayıblar. Ekrana çıxan filmin prodüserləri öz məhsullarını bu balaca ölkədə tamaşaçıya çatdırmaqda çətinlik çəkirlər. Kinoteatrların onların qarşısında qoyduqları şərtə görə ekrana çıxacaq film bir kinoteatr şəbəkəsində göstərilirsə, digərində nümayiş oluna bilməz. 

1news.az

Paylaş:
1103

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər