Test tapşırıqlarını yayanlarla bağlı açıqlama verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Test tapşırıqlarını yayanlarla bağlı açıqlama verildi

15:13 - 04 / 04 / 2017
Test tapşırıqlarını yayanlarla bağlı açıqlama verildi

TQDK tərəfindən ayrı-ayrı illərdə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Rezidentura” jurnalında nəşr olunmuş test tapşırığı nümunələri, TQDK-nın keçirdiyi rezidentura üzrə onlayn sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, həmçinin Azərbaycan Tibb Universitetinin “Patoloji anatomiya” kafedrasının müdiri Həsənov Ədalət Bəybala oğlunun müəllifi olduğu müxtəlif test tapşırıqları qanunsuz olaraq Azər Arif oğlu Gülməmmədov tərəfindən “Patoloji anatomiya” adlı kitab kimi nəşr edilib və satışı təşkil olunub. Bununla da onların müəllif hüquqlarının pozulmasına səbəb olub.

1news.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) açıqlamasında qeyd olunur.

DİM-dən bildirilib ki, qeyd olunanlarla əlaqədar “Abituriyent” jurnalı redaksiyasının, eləcə də Ədalət Həsənovun Gülməmmədov Azər Arif oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi, pirat nüsxələrin satışdan yığışdırılaraq məhv edilməsi və satışının qadağan edilməsinə dair” iddia ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılıb:

“Lakin cavabdeh məhkəmənin qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti verib, iş üzrə 1-ci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini tələb edib. 29 dekabr 2016-ci il tarixli 2(103)-9766/2016 saylı qətnamə ilə Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb.

Məhkəmə kollegiyası hesab edib ki, cavabdeh Gülməmmədov Azər Arif oğlu tərəfindən çap edilmiş “Patoloji anatomiya” adlı kitabın pirat nüsxələr hesab edilməklə satışdan çıxarılaraq məhv edilməsi və həmin materialların yerləşdirildiyi Facebook səhifəsinin bağlanılması, cavabdeh Gülməmmədov Azər Arif oğluna “Patoloji anatomiya” adlı kitabın satışının qadağan edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçılara dəymiş zərərin ödənilməsi əvəzinə, pozuntuya yol verən şəxsdən, yəni Gülməmmədov Azər Arif oğlundan tutulmalı olan kompensasiyanın hər bir iddiaçı üçün ayrılıqda 3.000 manat, ümumi olaraq 6.000 manat məbləğində təmin edilməsini qanuni və ədalətli hesab edib”.

Xatırladaq ki, 14 iyul 2016-cı il tarixində Zərdab Rayon Məhkəməsi də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddiasını təmin edib və bununla bağlı 2(035)-570/2016 saylı qətnamə qəbul edib. Belə ki, ötən il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb. Cavabdeh, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib.

1news.az

Paylaş:
790

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTOBu gün, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya XidmətiBu gün, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHIBu gün, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRARBu gün, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edibBu gün, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıbBu gün, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürübBu gün, 15:13DİN əhaliyə çağırış edib - VİDEOBu gün, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edibBu gün, 13:22Bazar gününün hava proqnozuBu gün, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTOBu gün, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEOBu gün, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02
Bütün xəbərlər