Avrokubokların finalı ilə bağlı yeni qərar | 1news.az | Xəbərlər
Futbol

Avrokubokların finalı ilə bağlı yeni qərar

16:52 - 04 / 04 / 2017
Avrokubokların finalı ilə bağlı yeni qərar

2019-ci ildən 2021-ci ilə kimi Çempionlar Liqası və Avropa Liqasının finalı eyni həftədə keçiriləcək.

1news.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2019-cu ildə Avropa Liqasının finalının mayın 29-u oynanılacağı bildirilib. Turnirlərin finalı indi olduğu kimi müxtəlif şəhərlərdə keçiriləcək.

Xatırladaq ki, bundan əvvəlki qaydaya əsasən, Avroliqanın finalı ÇL-dən 10 gün əvvəl keçirilirdi.

Əlavə edək ki, bu il AL-ın finalı mayın 24-ü Stokholmda, ÇL-in finalı isə iyulun 3-ü Kardiffdə oynanılacaq.

1news.az

Paylaş:
805

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər